Gürcüstanda həbsdə olan azərbaycanlıların sayı açıqlanıbbackend

Gürcüstanda həbsdə olan azərbaycanlıların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan həbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 563 nəfər təşkil edir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.

Əcnəbilərin 104 nəfəri Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə onların sayı 4 nəfər artıb. Həmin şəxslərin 13-ü ittiham olunan, 91-i isə məhkumdur.

Gürcüstanda probasiya nəzarətində isə 254 nəfər saxlanılır ki, onların da 28-i kişi, 4-ü qadın olmaqla 32 nəfəri Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə say 4 nəfər artıb.