Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıbbackend

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 105 nəfəri Azərbaycan vətəndaşıdır.

NOCOMMENT report-a xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin noyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb.

İttiham olunanların sayı 10 nəfərdir ki, onların 6-sı kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 84-ü kişi, 11-i qadın olmaqla 95 təşkil edir.

Gürcüstanda 30 nəfər Azərbaycan vətəndaşı probasiya nəzarətindədir. Həmin şəxslərin 27-i kişi, 3-ü qadındır.