Gürcüstanda itkin düşən azərbaycanlı qız tapılıbbackend

Gürcüstanda itkin düşən azərbaycanlı qız tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki gün öncə itkin düşən 18 yaşlı Nərmin İsayeva tapılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb. N.İsayevanın Marneulidə olduğu və sevdiyi gəncə ərə getdiyi bildirilib.

Azərbaycanlı qız 6 ay bundan öncə digər gənclə nişanlanıb və toyun yaxın günlərdə keçiriləcəyi gözlənilirdi. N.İsayevanın nişanlısını sevmədiyi və onunla ailə həyatı qurmamaq üçün evdən qaçdığı məlum olub.