Gürcüstanda LGBT-yə dair qanun hazırlanırbackend

Gürcüstanda LGBT-yə dair qanun hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini təqdim etməyə hazırlaşır.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb:

“BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini, dost və tərəfdaş ölkələrin vergi ödəyicilərinin vəsaitlərinin hara getdiyini aydın bildirməyə çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.