Gürcüstanda müxalif partiyanın sədri həbs olundubackend

Gürcüstanda müxalif partiyanın sədri həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub.

NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub.

Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər. Polis gözyaşardıcı qazlardan istifadə etməli olub. N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb.

Partiyanın üzvləri və tərəfdarları ofisin qarşısına axışmağa başlayıblar. Ofis yaxınlığında 10-dan çox şəxsin də saxlanıldığı bildirilir. Vəziyyət gərgin olaraq qalır…