Gürcüstanda “qanuni oğru”ların kütləvi həbsi başlayıbbackend

Gürcüstanda “qanuni oğru”ların kütləvi həbsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda “oğru dünyası” ilə əlaqə, azadlıqdan qanunsuz məhrum etmə və zorakılıqda ittiham olunan 13 nəfər saxlanılıb.

NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər bu ilin martında iş adamını Tbilisidə kirayə mənzildə qanunsuz saxlayaraq onun azad edilməsi üçün 7 500 ABŞ dolları tələb ediblər. Biznesmen iki ay ərzində onlara daha 50 min ABŞ dolları ödəməli olub.

“Qanuni oğru”larla əlaqəli olan şəxslər avtomobillərin satışı ilə bağlı mübahisələrdə də iştirak ediblər.

Axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 3 bahalı avtomobil, 16 min ABŞ dolları, kompüter texnikası və mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.