Gürcüstanda qatar aşdı – 1 azərbaycanlı öldü, 3-ü yaralandıbackend

Gürcüstanda qatar aşdı – 1 azərbaycanlı öldü, 3-ü yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Tsalka bölgəsində texniki xidmət qatarı aşıb.

NOCOMMENT.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində baş verib.

Qatarın relsdən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Məlumata görə, onların hamısı Azərbaycan vətəndaşıdır.

Qeyd olunur ki, ölən şəxs Salyan rayon sakini, maşinist köməçisi 40 yaşlı Sadıqov Ruslan Ramiz oğludur.

Faktla əlaqədar cinayət işi açılıb.