Gürcüstanda səslərin hamısı sayıldı – Hakim partiya qalib gəldibackend

Gürcüstanda səslərin hamısı sayıldı – Hakim partiya qalib gəldi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ötən gün keçirilmiş bələdiyyə seçkiləri üzrə bütün bülletenlər sayılıb.

NOCOMMENT.az xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası bütün bələdiyyələrdə səslərin 81,689%-ni əldə edib.

Partiyanın Tbilisi meri postuna namizədi Kaxa Kaladze 71,61% səslə üçüncü dəfə şəhər meri seçilib. Rustavi, Kutaisi, Batumi və Poti şəhərlərində də “Gürcü Arzusu”nun namizədləri böyük üstünlüklə qalib gəliblər.

Qeyd edək ki, yerli seçkilərdə seçicilərin 40,93%-i (1 438 116 nəfər) iştirak edib. Seçkilərə 12 siyasi partiya qatılıb.