Gürcüstanda SOCAR-ın YDM-nə basqın edən şəxs saxlanılıbbackend

Gürcüstanda SOCAR-ın YDM-nə basqın edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Ozurgeti rayonunda Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə (YDM) silahlı basqın olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə gecə saatlarında baş verib. YDM-ə daxil olan şəxs işçiləri odlu silahla təhdid edərək onlardan pul tələb edib, amma kassa aparatını aça bilmədiyi üçün yalnız 100 lari götürə bilib.

Həmin şəxsi artıq Gürcüstanın hüquq-mühafizə orqanları saxlayıb. Vətəndaş “isti izlər”lə saxlanılıb və Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ona cinayət işi açılıb.