Gürcüstanda vəziyyət qızışır: Keçmiş baş nazir İvanişviliyə meydan oxudubackend

Gürcüstanda vəziyyət qızışır: Keçmiş baş nazir İvanişviliyə meydan oxudu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bidzina İvanişvili faktiki olaraq gürcü xalqının çoxəsrlik seçimindən qaçır. O, özünün nəzarətsiz hakimiyyətinə Avropanın müdaxilə etməsini istəmir.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariya deyib. O, Gürcüstanda hakimiyyətlə ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının çaşqınlıq yaratdığını bildirib. Qaxariya hazırda hökumətin dövlət olaraq Bidzina İvanişvilini, müxalifətin isə Mixail Saakaşvilini gördüyünü söyləyib:

“Bu dövlət nə Bidzinanın, nə də Mişanındır. Bu dövlət gürcü xalqınındır”.

O, Gürcüstanın balanslı və ehtiyatlı xarici siyasətə ehtiyacının olduğunu, amma hakimiyyətin apardığı siyasətin Gürcüstanı Rusiya qarşısında tək qoyacağını bildirib. Bununla belə Qaxariya gürcü xalqından üzr istəməyi də unutmayıb:

“Mən özüm İvanişvili hakimiyyətinin güclənməsinə kömək etmişəm. Hər şeyi və xalq dəstəyi olan insanın şəxsi maraqlarına görə tarixin yanlış tərəfində olacağına inanmırdım. Bu mənim səhvim və gürcü xalqı qarşısında borcumdur. Bu gün isə məsələ özünə haqq qazandırmaq və şikayət dönəmi deyil. Artıq hərəkət zamanıdır. Məni nədə ittiham etmələrindən asılı olmayaraq, hətta tək qalsam da bu borcu geri qaytaracağam”.

Qeyd edək ki, bundan öncə Avropa Parlamenti ölkənin “boz kardinalı” sayılan Bidzina İvanişviliyə qarşı sanksiya tətbiqi ilə bağlı qətnamə qəbul edib. Tbilisi qətnaməyə sərt reaksiya verərək, AP-ni SSRİ Ali Soveti ilə müqayisə edib. Əvəzində isə avroparlamentarilər Tbilisiyə AB üzvlüyü üçün onların qaydaları ilə oynaması gərəkdiyi mesajını veriblər.