Gürcüstandan Türkiyəyə 100 tondan çox humanitar yardım göndərildibackend

Gürcüstandan Türkiyəyə 100 tondan çox humanitar yardım göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Gürcüstan Türkiyəyə 100 tondan çox humanitar yardım göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin göstərişi ilə Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün hökumətin ehtiyat fondundan 1 milyon lari (təxminən 7 milyon TL) ayrılıb.

NOCOMMENT.AZ