Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilərbackend

Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu ölkənin Baş nazir İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki səfiri Robin Dunniqanla görüşü zamanı deyib.

“Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, – Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, ABŞ seçkilər öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.