Gürcüstanın Baş naziri ABŞ-yə getməkdən imtina edib – SƏBƏBbackend

Gürcüstanın Baş naziri ABŞ-yə getməkdən imtina edib – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə getməkdən imtina edib. Səbəb rəsmi Vaşinqtonun parlamentdə “Xarici agentlər” haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsidir.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Baş nazir Birləşmiş Ştatlara səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın.

Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib.

ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan isə bildirib ki, Gürcüstan hakimiyyəti Birləşmiş Ştatlarla strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.