Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətlərin tənzimlənməsini yaxın illər üçün ölkənin ən mühüm prioritetlərindən biri adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının seçki proqramını təqdim edərkən bildirib.
“Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biridir”, – TASS onun sözlərindən sitat gətirir.