Gürcüstanın dövlət nazirinə azərbaycanlı müşavir təyin olunubbackend

Gürcüstanın dövlət nazirinə azərbaycanlı müşavir təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə yeni müşaviri təyin olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu vəzifəyə Anar Süleymanov təyinat alıb.

O, bu vaxtadək Kvemo Kartli bölgəsi qubernatorunun Administrasiyasında baş mütəxəssis işləyib.

Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Ayaz Məmmədov tutub. O, bu ilin iyulunda istefa verib.