Gürcüstanın paytaxtında hazırlıq: Müxalifət vətəndaşları meydana çıxmağa çağırdıbackend

Gürcüstanın paytaxtında hazırlıq: Müxalifət vətəndaşları meydana çıxmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 4-də bələdiyyə seçkiləri günü genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdıran Gürcüstan müxalifəti paytaxtın mərkəzində Şəhər Şurasının binası (Sakrebulo) qarşısında səhnə qurur.

NOCOMMENT.az  TASS-a istinadla xəbər verir ki, parlament binasının yaxınlığında, Azadlıq meydanında yerləşən Sakrebulonun önündə səhnə üçün metal konstruksiya və səs avadanlıqları quraşdırılır.

Polis səhnənin quraşdırılmasına müdaxilə etmir.

Müxalifət vətəndaşları Tbilisinin mərkəzinə, Rustaveli prospektindəki parlament binası yaxınlığına toplaşmağa çağırıb. Təşkilatçıların dəfələrlə bəyan etdiyi kimi, oktyabrın 4-də “hakimiyyətin dinc yolla devrilməsi” planlaşdırılır.

Təhlükəsizlik qüvvələri və xüsusi təyinatlılar Şəhər Şurasının həyətində toplaşıb.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayaraq, mitinqin təşkilatçılarını qanunlara hörmət etməyə çağırıb və Tbilisidə müxtəlif polis bölmələrinin səfərbər olunduğunu elan edib. Parlamentin həyətində xüsusi təyinatlılar yerləşdirilib.