Gürcüstanın torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ARTDIbackend

Gürcüstanın torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın kurort şəhəri Şouidə ötən həftə baş verən sürüşmə nəticəsində ölənlərin sayı 19-a çatıb.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstan Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Mqebrişvili bu gün daha bir qadının cansız cəsədinin tapıldığını bildirib.

Mqebrişvili Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində axtarış-xilasetmə işlərinin 24 saat fasiləsiz davam etdiyini bildirib.

15 nəfərdən xəbər alınmayan fəlakət bölgəsində axtarış-xilasetmə qrupları, polis, əsgərlər, xüsusi təlim keçmiş itlər, tikinti texnikası, helikopter və PUA-larla iş aparılır.

NOCOMMENT.AZ