Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edəcəkbackend

Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk səfərlərimdən biri yaxın və dost ölkəmiz Azərbaycana olacaq”.

NOCOMMENT Sputnik Gerogia-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Azərbaycanı müdrik rəhbəri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var”.

İ.Qaribaşvili Azərbaycanla sərhədlə bağlı danışıqlar aparacağını söyləyib: “İnanıram ki, cənab İlham Əliyev və dost Azərbaycanla birgə dialoq aparıb məntiqli qərar qəbul edəcəyik”.