“Guya Mübariz Mənsimov mənə yardım edib” – Yalçın Rzazadəbackend

“Guya Mübariz Mənsimov mənə yardım edib” – Yalçın Rzazadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təsəvvür edin ki, xəstəxanada yatanda da çox darıxırdım. Bir tərəfdən müalicələr gedirdi, ikinci bir tərəfdən isə Azərbaycan üçün darıxırdım. Mən torpağa bağlı insanam, vətən üçün çox darıxıram başqa ölkədə olanda”.

NOCOMMENT.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti Yalçın Rzazadə deyib. O, hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Hələ ki, Türkiyədən gələndən sonra evdəyəm, amma yenidən Türkiyəyə qayıdacam. Evdə qalmaq çox çətindi. Təsəvvür edin ki, xəstəxanada yatanda da çox darıxırdım. Bir tərəfdən müalicələr gedirdi, ikinci bir tərəfdən isə Azərbaycan üçün darıxırdım. Mən torpağa bağlı insanam, vətən üçün çox darıxıram başqa ölkədə olanda. Türkiyə qardaş dövlətdir, amma mənim üçün ən qiymətli öz vətənimdir. İndi bizdə də koronavirusa görə vəziyyət çətindir, dövlətin qoyduğu qaydalar var və onlara riayət etməliyik”.

Y.Rzazadə iş adamı Mübariz Mənsimovla görüşməsi haqda da danışıb və iş adamının ona yardım etmədiyini bildirib:

“Mübariz Mənsimovla görüşməyimə görə mənə çox suallar veriblər. Doğrusu, mən onunla bir həmyerlimiz kimi bir dəfə görüşdüm və ayrıldıq. Sonra mənə çatdı ki, guya Mübariz mənə yardım edib. Mübariz bəyi yaxşı tanımıram, onun haqqında eşitmişdim ki, xeyirxah insandır. Təxminən bir saatdan çox görüşümüz oldu. Sonra mən otelə qayıtdım. Mənim bütün xərclərimi dövlətim edib. Belə şeylər doğru deyil.

Mənim arxamda dövlətim dayanıb və nə lazımdırsa, edir. Heç kimdən nə bir şey ummuşam, nə də bunu qəbul edə bilmərəm. Mənim öz xarakterim var. Mən ancaq öz dövlətimə və onun rəhbərliyinə təşəkkür edə bilərəm. Bir az da gec Türkiyəyə aparılsaydım, bəlkə də indi heç yox idim. Mənə həyat verən insanlara həyatımla, son nəfəsimə qədər borcluyam. Kiminsə yardımına ehtiyacım yoxdur. Milyonlarla insanlar mənə zəng vurub dua edirdilər. Bundan böyük bir şey ola bilərmi? Fəxr edirəm ki, millətim məni bu cür sevir, hörmətlə yanaşırlar. İndi şükür ki, səhhətim yaxşıdır. Hələ bundan sonra oxuyub, konsertlər də verəcəm”.