Güzəşt qüvvəyə mindi, amma hibridlər bahalaşır?backend

Güzəşt qüvvəyə mindi, amma hibridlər bahalaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 1-dən Azərbaycanda son üç ilin istehsalı olan və mühərrik gücü 2500 kub santimetrə qədər hibrid avtomobillər əlavə dəyər vergisindən azaddır.

Bu, hibrid avtomobillərin bahalaşması deyil, əksinə, son üç ildə istehsal olunan yeni hibrid maşınların ən azı 10-12 min manat ucuzlaşması deməkdir. Köhnə, yəni üç il əvvəl istehsal olunan hibrid maşınların mühərrikinin həcmi aşağıdırsa, onların da qiyməti artmır, əvvəlki şəkildə qalır.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlı son 3 ildə istehsal olunan hibrid avtomobillərin vergidən azad edilməsi, köhnələrin isə ƏDV-dən azad edilməməsi səbəbindən bahalaşması barədə yayılan məlumatları şərh edərkən deyib.

“Baxın, 12-13 min manata olan hibrid avtomobillər köhnə və qəzalı olurlar. Onları 2-3 il istismar edirlər və sonra hansısa bir detalı xarab olur. Həmin detalı tapmaq üçün isə nə qədər vaxt gedir. Ona görə də yeni avtomobillərə üstünlük vermək lazımdır.

Elektromobillər isə həm ölkəyə gətirilərkən, həm də ölkədə satışı zamanı əlavə dəyər vergisindən azad olunur. Bu da öz-özlüyündə müsbət bir haldır.

Əsas məqsəd beynəlxalq birliklərin, xüsusilə də BMT və ÜST tərəfindən dünyada ekoloji tarazlığın, ətraf mühitin qorunması üçün edilən müraciətin Azərbaycanın da dəyərləndirmiş olmasıdır”, – deyə mütəxəssis bildirib.

E.Muradlı qeyd edib ki, Bakıda ətraf mühitin çirklənməsinin 80%-i avtomobillərin üzərində düşür: “Biz avtomobilləri elektromobil və ya hibrid avtomobillərlə əvəz etdikdə, çirklənmə təxminən 30-40% azalacaq. Böyük dövlətlər bunun üçün elektromobillərin qiymətlərini azaldır, ictimai nəqliyyatı pulsuz edir. Məqsəd ekoloji mühiti qorumaqdır. Bu proses dünya səviyyəsində gedir. Zamanı gəldikdə artıq bizdə də tam olaraq elektromobillərə keçid ediləcək. Hibrid avtomobillər bizim üçün sadəcə bir tramplindir. Sadəcə bu gün qiymətlər bahadır. Azərbaycanda elektromobilin infrastrukturu yoxdur, ustası, servis xidməti, elektrik doldurma məntəqəsi tam deyil. Buna görə də onların ölkəyə gətirilmə prosesi ləng gedir”.