Güzəştli ipoteka üçün ilkin ödəniş ləğv edilə bilərbackend

Güzəştli ipoteka üçün ilkin ödəniş ləğv edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güzəştli ipoteka verilən zaman bəzi kateqoriyadan olan vətəndaşlar üçün 10 faizlik ilkin ödənişin subsidiya edilməsi təklif edilir.

NOCOMMENT.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.

V.Bayramov hesab edir ki, 10 faizlik ilkin ödəniş ləğv edilə və ya subsidiya edilə bilər.

“Güzəştli ipoteka kreditləri maksimum 100 min manat məbləğdə 30 il müddətinə və 4 faiz dərəcəsi ilə təklif edilir. Bu kreditlər üçün minimal ilkin ödəniş 10 faizdir. Nəzərə alsaq ki, güzəştli ipoteka götürən vətəndaşlarımız xüsusi dəstəyə ehtiyacı olan kateqoriyadır, biz təklif edirik ki, bəzi vətəndaşlarımız üçün güzəştli ipoteka kreditləri subsidiya olunsun.

Xüsusən də nəzərə alsaq ki, jurnalistlərin, orta məktəbdə çalışan müəllimlərin əmək haqqları yüksək deyil, sosial ipoteka götürmək üçün ilkin ödəniş üçün onlara ən böyük maneə olur. Ona görə də həmin vətəndaşlar üçün güzəştli ipoteka krediti götürən zaman 10 faiz ilkin ödəniş İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya edilə bilər.

O halda vətəndaş ilkin ödəniş etmədən kredit götürüb mənzili almaq imkanına malik ola bilər. Belə bir güzəştin tətbiq olunması vətəndaşlarımızın güzəştli ipoteka kreditindən daha çox faydalanmasına gətirib çıxara bilər, kreditlərə əlçatanlığı artıra bilər”, – deyə o bildirib.

V.Bayramov əlavə edib ki, bununla bağlı təkliflər artıq hökumətə təqdim edilib.
trend.az