Haber Qlobal: Almaniyanın sərhəd nəzarəti tətbiq etməsi Avropa Birliyinin ruhunu sarsıdıbbackend

Haber Qlobal: Almaniyanın sərhəd nəzarəti tətbiq etməsi Avropa Birliyinin ruhunu sarsıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman hakimiyyət orqanları tərəfindən sərhəd nəzarətinin tətbiqi Avropa Birliyinin ruhunu sarsıtdı.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” telekanalının teleaparıcıları bildirib.

“Deyə bilərik ki, Avropa İttifaqının ruhu tamamilə yox olub <…> Ola bilsin ki, biz indi Avropa İttifaqının tədricən sona çatmasını müşahidə edirik”, – televiziya yayımı qeyd edib.

Aparıcının sözlərinə görə, Almaniyanın sərhəd nəzarətini gücləndirməsi kimi aksiyalar daha çox olacaq.

Qeyd edək ki, sentyabrın 16-dan Almaniya müvəqqəti olaraq bütün quru sərhədlərində sərhəd nəzarəti tətbiq edib. Almaniyanın daxili işlər naziri Nensi Feser bunu qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması və ölkənin daxili təhlükəsizliyinin qorunmasının zəruriliyi ilə izah edib.