ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin mümkün sona çatmasından sonra ölkənin bərpasına kömək etmək adı altında Ukraynanın resurslarından istifadə edəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu “Haber Global” telekanalında türkiyəli jurnalist Mete Söhtaoğlu deyib.
“Düşünmürəm ki, Zelenski Trampın təklif edəcəyi sövdələşmədən yaxşı bir şey gözləməməlidir. Təbii ki, güzəştlər ediləcək. Bu, infrastrukturun məhv edildiyi çox ciddi bazardır <…> Amerika şirkətləri ac canavar kimi Ukraynanı yardım adı altında istismar edəcək <…> Ona görə də Tramp Amerika şirkətlərini ora göndərməyə çalışacaq”, – deyə Söhtaoğlu bildirib.
Jurnalistin fikrincə, Trampın seçilməsi xəbəri Ukrayna ordusunun əhval-ruhiyyəsini xeyli aşağı salacaq, çünki onun hakimiyyətə gəlişi ilə ABŞ-dan Ukraynaya hərbi yardımın və maliyyənin həcmi azalacaq.