Hacı Əliyev yenidən qızıl medal qazandıbackend

Hacı Əliyev yenidən qızıl medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

NOCOMMENT.az xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən H.Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib.

Güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.