Hacı İlqar niyə saxlanıldı? – Açıqlamabackend

Hacı İlqar niyə saxlanıldı? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlunun xüsusi xidmət orqanları tərəfindən saxlanılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Onun İranla əlaqələri barəsində müxtəlif ittihamlar səsləndirilib.

NOCOMMENT.az xəbər verir ki, tanınmış jurnalist Aygün Muradxanlı onun İranla bağlılığı barədə maraqlı məlumat paylaşıb.

Bildirib ki, Hacı İlqar İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi olmuş Əli Əkbər Ocaqnejat onun ailə üzvü olan qadınla evlidir:

“Hacını uzun illərdir tanıyıram. Bu gün eşitdim ki, Ocaqnejat onun ailə üzvüdür. Daha dəqiq, yaxın zamanlara qədər İranın ali dini liderinin Azərbaycan Respublikasındakı təmsilçisi olmuş Ocaqnejat Hacının ailə üzvü olan qadınla evlidir”.

Qeyd edək ki, İ.İbrahimoğlu dünən axşam saatlarında saxlanılıb. Bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. O, feysbuk-da canlı yayım açaraq şahid qismində dindirildiyini bildirib. Hacı İlqarın dediklərindən belə məlum olur ki, dindirilmə prosesi hələ davam edəcək.

Çox güman ki, araşdırma aparılır. Yəni onun sərbəst buraxılması hələ prosesin bitməsi demək deyil.

Bakupost