Hacı Məmmədov kimin qulağını kəsdiribmiş?  —  “Qara kəmər” əməliyyatının tükürpədici detallarıbackend

Hacı Məmmədov kimin qulağını kəsdiribmiş? — “Qara kəmər” əməliyyatının tükürpədici detalları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu.

O, 10 il MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu.

“Qara kəmər” əməliyyatı (10 mart 2005-ci il) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman “Beynəlxalq Bank”ın o dövrdə idarə heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu…

NOCOMMENT.az Oxu24.com-a istinadən xəbər verir ki, Ceyhun Həmidovun müəllifi olduğu “Kriminal” verilişində Hacı Məmmədov bandasının törətdiyi silsilə cinayətlərin detalları yayımlanıb.

Həmin verilişi təqdim edirik: