Hacı Şahini tələbəsi əvəz edəcəkbackend

Hacı Şahini tələbəsi əvəz edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi feysbuk səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, E.Kərimov Hacı Şahinin tələbəsi olub.

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidinin imamı olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib.