Hacı Şahinin ölüm səbəbi məlum oldubackend

Hacı Şahinin ölüm səbəbi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.

NOCOMMENT-ın məlumatına görə, ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib.

Məlumata görə, dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib.

Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra belə bir hadisə baş verib.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi