Hacı Şahinin Youtube kanalı bərpa olundubackend

Hacı Şahinin Youtube kanalı bərpa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənliyə aid rəsmi “Youtube” kanalı fəaliyyətini bərpa edib.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, artıq bu gün də bir neçə videomaterial “Hacı Şahin Həsənli” kanalına yerləşdirilib.

Qeyd edək ki, bir müddət öncə mərhum ilahiyyatçının adını daşıyan rəsmi sosial media hesablarına kiberhücum olmuşdu. Bu barədə din xadiminin rəsmi feysbuk səhifəsi məlumat yaymışdı. “Youtube” kanalı ələ keçdikdən sonra isə orada olan videolar silinmişdi. Daha sonra mütəxəssislər Hacı Şahin Həsənlinin “Youtube” kanalının geri qaytarılması istiqamətində işlərə başlayıb.