Hacı Surxayın yutub kanalı oğurlandıbackend

Hacı Surxayın yutub kanalı oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın yutub kanalı kiber hücuma məruz qalıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, yeni açılan və qısa müddətdə16 min 300 abunəçi toplaya bilən kanalda paylaşılan videoların izləmə sayı orta hesabla 40-100 min baxış olub.

Hacı Surxay yeni açdığı yutub kanalında canlı yayımda əsas etibarilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsindən, dövlətçilik ənənələrindən, Azərbaycanın uğurlarından söz açır, şəhid ailələri, şəhid övladları ilə söhbətlər edir, dini tərbiyəvi moizələr təqdim edirdi. Az zaman kəsiyində çoxsaylı abunəçi toplayan kanal hakerlərin hücumuna məruz qalıb və bağlanılıb.

Hazırda kanalın fəaliyyətinə nəzarət edən partnyor şirkət bu məsələnin hüquqi müstəvidə araşdırılması, hücum edən hakerlərin tapılması, kanala müdaxilə edən şəxslərin aşkara çıxarılması və kanalın bərpası üçün çalışır.

Qeyd edək ki, Hacı Surxay fikirlərinə görə zaman-zaman mətbuatın gündəmində olub. Bir müddət əvvəl o, məhərrəmlikdə toy edənlərin bədbəxt olacaqlarını deyərək göndəmə çevrilmişdi.