Hacıqabul qəzasında avtomobillərin və yaralıların sayı artdı – FOTO/VİDEObackend

Hacıqabul qəzasında avtomobillərin və yaralıların sayı artdı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax magistralında baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə magistiralın 113–cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib.

Hadisə şahidlərinin dediklərinə görə, dumanlı hava şəraiti və yolun buz bağlaması üzündən qəzada zərər çəkən maşınların sayı 40-a çatıb. Eyni zamanda, xəstəxanaya müraciət edən yaralıları sayı da artaraq 15 olub.

Xatırladaq ki, zəncirvari qəzada bir nəfər dünyasını dəyişib.