Hacıqabulda 89 min manatlıq tenderdə 6 manatlıq şirkət qalib gəldibackend

Hacıqabulda 89 min manatlıq tenderdə 6 manatlıq şirkət qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul Rayon İcra Hakimiyyəti şəhər ərazisində küçə və məhəllədaxili yolların əsaslı təmiri ilə bağlı satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Muğan-Kitt” MMC olub.Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 89.441,49 manat təşkil edir. İşlərə müxtəlif küçələrdə asfalt örtüyünün çəkilməsi və qırmadaş hazırlıq qatının düzəldilməsi daxildir.

Layihəyə əsasən, N.Dadaşov, M.Mahmudov, H.Həmidov, Ş.Abdulrəhmanov və P.Balabəyov küçələrində, həmçinin bəzi dalan yollarında asfaltlanma işləri görüləcək. İşlərin həcminə asfalt örtüyünün düzəldilməsi, frez maşını ilə köhnə asfaltın qaşınması, qırmadaş qatının salınması, isti bitumun çəkilməsi və qazıntı materiallarının daşınması daxildir.

Məlumata görə, tenderin qalibi olan “Muğan-Kitt” MMC-nin nizamnamə kapitalı cəmi 6 manatdır. Şirkətin qanuni təmsilçisi Vəfa Paşayev Mehti oğludur.

Qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur.