Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulyan kəndində qeydə alınıb.
“Toyota Prius” markalı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisədə ölən 13 yaşlı uşaqdır. Yaralılar Şirvan xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.