Hacıqabulda qaçırılan yeniyetmə qız Qəbələdə tapılıb – YENİLƏNİBbackend

Hacıqabulda qaçırılan yeniyetmə qız Qəbələdə tapılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda qaçırılan 15 yaşlı qız Qəbələdə tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, günorta saatlarında Hacıqabul rayonunun Meyniman kəndindən qaçırılan 15 yaşlı qızın Qəbələ polisi tərəfindən saxlanıldığı bildirilir. Polis həm yeniyetmə qızı, həm də onu qaçıran şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:28

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.