Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel basıbbackend

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel basıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hazırda rayonda yağan güclü yağışlar nəticəsində “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində sel yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.