Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan varbackend

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 23 yaşlı sürücü, Bərdə rayon sakini Rzayev Çoşqun Malik oğlunun idarə etdiyi “Ford” markalı yük maşını “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı yük maşınında olan şərnişin, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu elə hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.