Hacıqabul rayonu ərazisində 3.1 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Qobustan stansiyasından 32 km cənubda Hacıqabul rayonunda zəlzələ 11 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.