“İtaliyanın La Republica qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi tərəfindən TF1 və “New York Times” jurnalistləri də fiziki təhdidlərə məruz qoyulmuşdu. Azad media və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.
NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabında yazıb.
““Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinə Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki və şifahi təhdidləri, təhqiramiz hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir”
2/We call @RSF_inter and @OSCE_RFoM to condemn and deplore physical/verbal threats/ abusive personal attacks against professional journalists/media who covered objective realities of Armenia-Azerbaijan conflict. Freedom of expression must be respected. @TF1 @nytimes @repubblica https://t.co/wUPWLVVr60
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 5, 2020