Hadı Rəcəbli Sahil Babayevdən danışdı: Bütövlükdə o qurumun…backend

Hadı Rəcəbli Sahil Babayevdən danışdı: Bütövlükdə o qurumun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş millət vəkili Hadı Rəcəbli qazi intiharları ilə bağlı problemə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, Müsavat TV-yə danışan Hadı Rəcəbli qeyd edib ki, həmin qrup insanlarla gərək onların öz dili ilə danışılsın: “Ağrılı insanlara, gərgin problemi olan adamlara dözmək, onları yol verməkmi deyək, adına nə deyiriksə deyək, yanaşılmalıdır. O əsəbi ola bilər, səninlə kobud da danışa bilər. Amma sən dözümlü yanaşmalısan, sən məmursan. Məmur vətəndaşla ünsiyyətində vətəndaşın qayğıları ilə yaşamalıdır. Əgər söhbət qazilərdən gedirsə, onların qayğılarına diqqətlə yanaşmaq, yüksək səviyyədə qəbul etmək lazımdır. Bütün məmurlara tövsiyə etmək istəyirəm, qazilərə diqqətlə yanaşmaq lazımdır. Elə etməliyik ki, bu adamın gərginliyi götürülsün. Bu həm bəlağət elmindən faydalanmağı tələb edir, eyni zamanda dözümlü olmalıdır.

Sonuncu hadisənin isə baş verməməsi ehtimalı haqda birmənalı danışa bilmərik. Burada cürbəcür məqamlar var. İcra başçısının da çıxışına qulaq asdım. Bunu birmənalı kiminsə üzərinə yıxmaq düz deyil. Bunu inzibati orqanlar araşdırsın, kim günahkardırsa mütləq cəzalandırılsın. Belə insanların dünyasını dəyişməsi çox pis göstəricidir”.

Hadı Rəcəbli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin fəaliyyəti barədə suala isə belə cavab verib: “Bir şeyi biz gərək deyək ki, ən ağır nazirliklərdən biridir. Mən hesab edirəm ki, hamımız bu quruma kömək etməliyik.

Eyni zamanda o qurumdan da tələb olunur ki, bu qrup insanlara qarşı dözülmü olmaq, mülayim və mehriban rəftar etmək lazımdır.

Prezidentimizin yaratdığı sistemin mahiyyəti vətəndaş məmur təmasını sıfıra endirməkdir. Amma bu o demək deyil ki, məmur bu qayğılardan kənara qaçmalıdır. Məmur mütləq bu qayğılarda iştirak etməlidir. Amma nəyisə kiminsə üzərinə yıxmaq tərəfdarı deyiləm. Bütövlükdə o qurumun üzərinə böyük vəzifələr düşür və o qurum ön cəbhədə onlan insanlar üçün daha çox əziyyət çəkməlidirlər, mehriban münasibət yaratmalıdır”.