Ağstafada 39 yaşlı kişi dəm qazından zəhərlənərək öldü

Ağstafada 39 yaşlı kişi dəm qazından zəhərlənərək öldü

Ağstafa sakini dəm qazından boğularaq ölüb.

NOCOMMENT.azın məlumatına görə, hadisə rayonun Köhnə Qışlaq kəndində baş verib. Belə ki,kənd sakini 1985-ci il təvəllüdlü Emin Tağıyev yaşadığı evin vanna otağında zəhərlənib. Onun meyiti ailə üzvləri  tərəfindən aşkarlanıb.

Faktla bağlı Ağstafa rayon prokrorluğunda araşdırma aparılır.