Azərbaycanda dəhşətli qəza: Ölən var

Azərbaycanda dəhşətli qəza: Ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford Transit" markalı avtomobil "KamAz" markalı yük avtomobilinin qoşqusuna çırpılıb.

Nəticədə "Ford" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. //qafqszinfo.az