Dənizdə batan şəxsin axtarışlarına helikopter cəlb edildi – VİDEO

Dənizdə batan şəxsin axtarışlarına helikopter cəlb edildi – VİDEO

Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Bu barədə NOCOMMENT.az -a nazirlikdən məlumat verilib.

Bildirilib ki, batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.