Gəncə sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ələkbər Ziyadan küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 1963-cü il təvəllüdlü Kamal Qurbanov yaşadığı evin həyətində ehtiyatsızlıqdan ağacdan yıxılıb. Xəsarət alan 62 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun boynunun sındığı məlum olub. Hazırda 62 yaşlı kişini müalicəsi xəstəxananın reanimasiya şöbəsinə davam etdirilir.
Fakt araşdırılır












