Kür çayında batdığı ehtimal olunan 18 yaşlı oğlanın axtarışları davam edir – VİDEO

Kür çayında batdığı ehtimal olunan 18 yaşlı oğlanın axtarışları davam edir – VİDEO

Məlumat verildiyi kimi, iyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir. Əlavə məlumat veriləcək.