Bakıda hoteldə meyit tapılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə qeydə alınıb.
Hotelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır./lent.az/












