Qəzada həlak olan pilotun dostu: Kşnyakin son anda özünü fəda edərək insanları xilas etdi

Qəzada həlak olan pilotun dostu: Kşnyakin son anda özünü fəda edərək insanları xilas etdi

“Onunla üç gün əvvəl görüşmüşdük. Bu səfərdən qayıdan kimi yenidən görüşəcəkdik”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.

O, İqor Kşnyakinin mükəmməl və pozitiv insan olduğunu vurğulayıb: “Son anda özünü fəda edərək insanları xilas etdi. İşindən danışmağı sevmirdi. İki aya təqaüdə çıxmaq vaxtı tamam olacaqdı, lakin bu barədə heç fikirləşmirdi”.