Sumqayıtda ölüm hadisəsi…

Sumqayıtda ölüm hadisəsi…

Sumqayıtda toy mərasimindən sonra yıxılan kişi xəstəxanada vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhərində 1957-ci il təvəllüdlü Qayıbov Viktor İslam oğlu toy mərasimindən çıxarkən yıxılıb. Hadisə axşam saatlarında “Dədə Qorqud” restoranının qarşısında qeydə alınıb.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qayıbov bu gün səhər saatlarında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.