Xəbər verdiyimi kimi, Azərbaycanın hüquq ictimaiyyətinin tanınmış simalarından olan vəkil Fərhad Mehdiyevə ağır itki üz verib. Hüquqşünasın gənc qızı dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb. İlkin məlumatlara görə, vəkilin qızının idarə etdiyi motosiklet hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı ağır bədən xəsarətləri alan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Vəkilin qızının düşdüyü ağır qəzanın görüntüləri yayılıb.
Həmin dəhşətli kadrları təqdim edirik.
Sara,










