Hadrutda “o maşın uşaqlığımın xəyalıdır” deyən əsgərin arzusu reallaşdı – FOTOLARbackend

Hadrutda “o maşın uşaqlığımın xəyalıdır” deyən əsgərin arzusu reallaşdı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsini işğaldan azad etdikdən sonra əsgərlər yaşayış məntəqəsinə daxil olarkən bir əsgərin “Sən Allah o Mercedesi aparaq, ikiqapılı, uşaqlıq xəyalım olub mənim” deyən hərbçimizin xəyalı reallaşıb.

NOCOMMENT.az xəbər verir ki, iş adamı Fərid Novruzi əsgər qayıtdıqdan sonra ona “Mercedes” hədiyyə edəcəyini bildirib:

“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bölgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salamat evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Maşının nömrəsi də özəldir (ZY) Zəfər Yolunda, (028) də Xocavəndin avtomobil seriyasıdır”.

“Qafqazinfo”