Hadrutun keçmiş merindən acı etiraf: Araikin ən yaxınları fərarilik etdilərbackend

Hadrutun keçmiş merindən acı etiraf: Araikin ən yaxınları fərarilik etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş Hadrut qəsəbəsinin keçmiş meri Vaqan Savadyan Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyanın yaxın ətrafının müharibə zamanı fərarilik etdiyini açıqlayıb.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə teleqramın Ermənistan seqmentində informasiya yayılıb.

Onun sözlərinə görə, nə Kamo Ağacanyan (qondarma qurumun MTX rəhbəri), nə İvan Avanesyan (deputat), nə də onların adamları, hətta əhalinin təxliyəsində belə təşkil etməyiblər.

V.Savadyan həmçinin erməni tərəfinin daha bir yalanını ifşa edib və bununla da hərbi əməliyyatların gedişi zamanı ordunun düşdüyü aciz vəziyyətdən çıxış yolu kimi saxta təbliğata əl atıldığını bir növ etiraf edib.

O, qeyd edib ki, müharibə zamanı onunla Araik Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan əlaqə saxlayıb və müsahibə verərək Azərbaycan ordusunun Hadrutu erməni işğalından azad etdiyi xəbərini təkzib etməsini istəyib. Buna cavab olaraq V.Savadyan V.Poqosyana populizmlə məşğul olmamağı məsləhət görüb.